“Rusiya hərəkətə keçəcək!” – Paşinyanın taleyi ilə bağlı gözlənilən ssenari
Ermənistan tərəfinin, yəni Nikol Paşinyanın sənədə imza atması isə İrəvanda birmənalı qarşılanmadı. Belə ki, xalq küçələrə axışaraq, hökumət binasına, parlamentə hücum etdi. Ölkədə xaos getdikcə böyüməkdədir.
Maraqlıdır, kütləvi etirazlar Paşinyan hakimiyyətinin sonunu gətirə bilər? Paşinyan devrilsə, Rusiya yeni hakimiyyətin formalaşmasına müdaxilə edəcəkmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Paşinyanın devriləcəyi təqdirdə Rusiyanın hərəkətə keçəcəyini bildirib:
"Bu hadisələrin lap əvvəlindən bəlli idi ki, hansı erməni hökuməti məğlubiyyəti, reallığı qəbul edəcəksə, onun Ermənistanda hakimiyyətdə qalma şansı sıfıra bərabər olacaq. Ermənistanda baş verən etirazlar da əslində bunun bir təzahürüdür. Ona görə də indiki vəziyyətdə Paşinyan hökumətinin hakimiyyətdə qalıb-qalmaması məsələsi hələlik sual altındadır. Düşünürəm ki, Ermənistanda hökumət devrilərsə, formalaşan yeni hökumətin imzalanan sənədi tanımamaq şansı var.
Müxalif partiyalar üstünlüyü ələ alsalar, onda sənədin etibarlılığının sual altına düşmək təhlükəsi var.
Bu günə qədər əksəriyyət Paşinyana dəstək idi və Rusiya tərəfi Paşinyanı devirə bilmirdi. Amma indi vəziyyət fərqlidir və xalq ayağa qalxıb.
Ermənistan xalqı imzalanan sənədi Paşinyana bağışlamasa əmin olun ki, Paşinyan özü könüllü istefa verməklə sənədin legitimliviyini şübhə altına bilər. Belə olarsa, Rusiya hərəkətə keçəcək və onlar Ermənistanda Rusiyaya meyilli bir hakimiyyətin formalaşmasına çalışacaq”.
Sfera.az
Əzizə Zeynal