Rusiya FHN Dağlıq Qarabağa xilasedicilər qrupu göndərdi

Rusiya FHN Dağlıq Qarabağa xilasedicilər qrupu göndərdi
 Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Dağlıq Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib. Sfera.az bildirir ki, bu barədə "TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

"Dekabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub. Toplu qruplaşma "Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb”, - FHN-in nümayəndəsi deyib.
 
Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Dağlıq Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.


OXŞAR XƏBƏRLƏR