Rusiya-Ermənistan silah sövdələşməsində qalmaqal

Rusiya-Ermənistan silah sövdələşməsində qalmaqal
 

Rusiyanın ORSİS silah tədarükü şirkəti Ermənistan Müdafiə Nazirliyini məhkəməyə verib.

Şirkətin nümayəndəsi mediaya bildirib ki, nazirlik hərbi texnika tədarükü haqqında tenderi "gözlənilmədən" dayandırıb və yeganə tender iştirakçısına "səbəb deməyib".

Ermənistan Müdafiə Nazirliyi hadisəni BBC News Azərbaycanın Yerevan müxbirinə təsdiqləyib, lakin ətraflı şərh verilməyib.

Rusiya şirkətinin nümayəndəsi qeyd edib ki, "Promtexnoloqii" şirkətlər qrupunun bir hissəsi olaraq ORSİS illər boyu Ermənistanı silah, güllə, optik cihazlarla təchiz edir, media yazır.

"Və bütün bu xidmətlərimizdən sonra bizim şirkət birdən-birə Ermənistan Müdafiə Nazirliyinin qara siyahısına düşüb ", - ORSİS təmsilçisi deyib.

RİA Novosti agentliyi ORSİS şirkətinin nümayəndəsinə əsasən yazır ki, Ermənistan 2019-cu ilin may ayında ilk dəfə olaraq bir neçə milyon dollar həcmində hərbi texnika tədarükü haqqında tender elan edib. Müsabiqənin təsnifat tələblərini yalnız Rusiyanın ORSİS şirkəti təmin edə bilib, lakin tender "gözlənilmədən bağlı elan edilib və şirkətə bunun səbəbi izah edilməyib".

Bundan sonra ORSİS apellyasiya komissiyasına və Ermənistan Prokurorluğuna şikayət edib və Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə də müraciət edib. Nəticədə Ermənistan Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərinə səhlənkar yanaşma" maddəsi ilə cinayət işi açılıb.

Şirkət nümayəndəsi onu da deyib ki, Ermənistan tərəfi onların zəruri sənədləri təqdim etmədiyini iddia edib, eləcə də onlardan yüz minlərlə dollar bank zəmanəti cəriməsini ödəməyi istəyib.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan İstintaq Komitəsi ORSİS-in məhkəməyə müraciəti ilə bağlı təfərrüatları öyrənmək üçün Müdafiə Nazirliyinə müraciət edib.

Prokurorluq və Müdafiə Nazirliyi jurnalistlərə ətraflı şərh verməkdən imtina edib.

Müdafiə Nazirliyi istintaq başa çatdıqdan sonra əlavə məlumat veriləcəyini bildirib.

Şirkət nümayəndəsinin fikrincə, yaranmış vəziyyət Ermənistanda güllə istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihənin taleyini də sual altında qoyur.

Onun sözlərinə görə, müəssisəyə Rusiya tərəfindən bir neçə milyon ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulurdu.


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...