Rusiya ermənilərə nə qədər maddi yardım ayıra bilər? - Politoloqdan rəy

Rusiya ermənilərə nə qədər maddi yardım ayıra bilər? - Politoloqdan rəy
Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov öz "Facebook" səhifəsində Rusiyanın Qarabağdakı ermənilərə nə qədər maddi kömək edəcəyi ilə bağlı paylaşım edib.
 
Sfera.az xəbər verir ki, politoloq "şərhsiz" yazaraq aşağıdakıları diqqətə çatdırıb:

"Yaxın üç ildə Rusiya özünün qurduğu Abxaziyaya və Cənubi Osetiyaya hərəyə illik 16 milyon dollar kömək ayıracaq. Qeyd edək ki, bu yardım son illərdə kəskin şəkildə azalıb. 

Abxaziyanın 2019-cu ilin büdcəsi 100 milyon dollar təşkil edirdi, bunun üçdə birini Rusiya qarşılayırdı.

Cənubi Osetiyanın büdcəsi biraz çoxdur, onun da böyük hissəsini Rusiya qarşılayırdı.

Bəzilərinə görə, Rusiya Qarabağa maddi kömək göstərəcək  ki, erməniləri regionda saxlasın. Bu rəqəmlər təxmini olaraq ermənilərə nə qədər kömək gələ biləcəyinin göstəricisidir. Qarabağın sözdə büdcəsi təxminən 250 milyon dollar idi. Onun yarısı Ermənistandan gəlirdi".

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR