Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov COVİD-19-a yoluxub
16:45 / 25.04.2020
2644
Rusiya Federasiyasının Dövlət Dumasının MDB ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov yeni növ koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə L.Koloşnikovun özü məlumat verib.
Komitə sədrinin sözlərinə görə, ilkin olaraq yoluxma testleri mənfi çıxıb. COVİD-19-u isə yalnız komputer tomoqrafiyası vasitəsi ilə aşkar etmək mümkün olub.
Hazırda Leonid Kolaşnikov xəstəxanaya yerləşdirilib.