Rusiya dollardan imtina etdi

Rusiya dollardan  imtina etdi
"Rusiya silah sövdələşmələri üçün hesablaşmalarda dollardan imtina edib. Çünki milli valyutalardan istifadə ödənişlərdə gecikmə riskini azaldır”.
 
Sfera.az "İnterfaks”a istinadən xəbər verir ki, bunu "Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.

"Biz ənənəvi olaraq hesablamaları asanlaşdırmaq üçün bütün əməliyyatları dollarla aparırdıq. Bundan sonra "Rosoboroneksport” demək olar ki, ABŞ valyutası ilə hesablaşmalardan tam imtina edib. Məsələn, Rusiya Federasiyası ilə Hindistan arasında silah satışına görə ödənişlər rubl və rupi ilə aparılır”.

2020-ci ildə Rusiyanın silah satışı 2019-cu illə müqayisədə 6,5 faiz azalaraq 28,2 milyard dollardan 26,4 milyard dollara düşüb. Bu göstərici üçüncü ildir ki, azalır və son dövr ərzində Rusiya şirkətləri bütün bazar iştirakçıları arasında ən kəskin enişlərdən birini nümayiş etdirirlər.

"Almaz-Antey" konserninin satışları il ərzində 31 faiz, Birləşmiş Gəmiqayırma Korporasiyası (USC) - 11 faiz azalıb. Eyni zamanda Birləşmiş Təyyarə Korporasiyası (UAC) tədarükləri 16 faiz artırıb. Yerli silah satışının pik həddi 2017-ci ildə, Rusiya tədarükçülərinin dünya bazarının beş faizini təşkil etdiyi vaxt olub.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...