Rusiya daha beş ölkə ilə uçuşları bərpa edir
00:28 / 23.09.2021
2213
Rusiya oktyabrın 5-dən Cibuti, Peru, CAR, Danimarka və Yeni Zelandiya ilə uçuşları bərpa edəcək.
Sfera.az xəbər verir ki, müvafiq qərar ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq verilib.
Həmçinin, Moskva-Cibuti, Moskva-Vellinqton, Moskva-Lima, Moskva-Keyptaun, Moskva –Yohannesburq, Sankt-Peterburq-Kopenhagen reysləri üzrə həftədə iki dəfə uçuşlar yerinə yetiriləcək.