Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – \"Onda belə çıxır ki...\"

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – \
Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib. 
 
Qanun layihəsində tarixən Rusiya ərazisində yaşayan xalqların siyahısının dəqiqləşdirilməsi də təklif edilir.

Maraqlıdır, Rusiya bu qanunla nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı Sfera.az-a danışan millət vəkili Arzu Nağıyev qanunun bütün rusdillilərə aid olmayacağını deyib:

"Bu layihənin müəllifi Rusiya Dövlət Dumasında MDB ölkələri üzrə komitənin müavini Azərbaycana da çox yaxşı tanış olan Konstantin Zatulindir. Onun bildirdiyi kimi, bu qanun bütün dünyada yaşayan rus dilini bilən ruslara aid deyil. Məlum məsələdir ki, ABŞ, Hollandiya, istərsə də Afrikada kimsə rus dilini bilə və bu dildə mükəmməl danışa bilər. Bu o demək deyil ki, onlar ruslarla həmvətən olur və fəaliyyətləri qanuniləşdirilir. Sadəcə olaraq Rusiyada xarici dövlətlərdəki soydaşlarla münasibətdə dövlət siyasəti haqqında qanun var. Bu qanuna uyğun olaraq Rusiyada yaşayan və rus dilində danışmağı bacaran  hər bir Rusiya vətəndaşına məhz bu qanun şamil oluna bilər”. 

Deputat yeni qanunun Rusiyaya olan köçlə əlaqəsi məsələsinə də toxunub:

"Son vaxtlarda müxtəlif ölkələrdən Rusiyaya köç var. Orta Asiyadan olan müxtəlif millətlərin nümayəndələrinin Rusiyaya axını başlayıb. Onlar əvvəl arayış təqdim etdilər ki, rus dilini bilirlər, lakin məlum oldu ki, belə deyil. Düşünürəm ki, rus dilini bilən bütün insanların Rusiya vətəndaşı olması, həmvətən kimi qəbul olunması absurd məsələdir. Demək olar ki, Sovet dönəmində yaşayan hər bir şəxs rus dilini bilir. Belə çıxır ki, onlar da ruslarla həmvətən hesab olunmalıdır? Əsas məsələ ondan ibarətdir ki, bu qayda Rusiyada yaşayan və milliyətindən asılı olmadan rus dilini bilən şəxslərə şamil olunacaq”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...