Rusiya burundaxili vaksin hazırlandı – Putin sınadı və təriflədi
16:44 / 25.11.2021
1071
Rusiya
pandemiyanın gedişatını dəyişdirə biləcək peyvəndin istehsalına başlayacaq.
Sfera.az
xəbər verir ki, kameralar qarşısına keçən Rusiya prezidenti Vladimir Putin "Sputnik”in
istehsalçısı olan "Qamaleya Araşdırma Mərkəzi”nin hazırladığı burundaxili peyvəndin
sınaqlarında könüllü olaraq iştirak etdiyini açıqlayıb.
Burundaxili peyvənddən sonra heç nə hiss etmədiyini deyən Putin
nazirlərə xitabən "bu gün peyvəndləmə prosedurundan sonra idman zalına getdim.
Beləliklə, mən təminat verə bilərəm ki, hər şey alimlərimizin dediyi kimidir”,- deyə bildirib.
"RİA
Novosti” xəbər agentliyinin məlumatına görə, "Qamaleya” Araşdırmalar Mərkəzi tərəfindən
hazırlanmış "Sputnik V” peyvəndinin burun spreyi formasının klinik sınaqları
oktyabrın ortalarında Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.
Əzizə
Zeynal