“Rusiya Azərbaycandan güzəşt istəyir” – Prezidentlərin Moskva görüşündən gözləntilər

“Rusiya Azərbaycandan güzəşt istəyir” – Prezidentlərin Moskva görüşündən gözləntilər
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub.

Görüşün birinci hissəsi mediaya açıq keçirilsə də ikinci hissə qapalı davam edib.
 
Sfera.az xəbər verir ki, politoloq Asif Nərimanlı görüşün ilk hissəsinndə Rusiyanın güzəşt istədiyini bildirib. Politoloq bunun münaqişə ilə bağlı olmadığını vurğulayıb:

"Prezident İlham Əliyev iki dəfə "münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, "münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”:  Bu, "Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir.

Vladimir Putin Əliyevə "kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, "nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik”: Bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil. Münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır. Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir”.

Ekspert görüşün nəticəsinin iki istiqamətdə inkişafının olacağını deyib: "Bundan başqa liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: Mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır.
 
Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:

- Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq;
 
- Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə "barter” edilməsi gözləniləndir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR