No Image
No Image

Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək

Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək
"Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq".

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə Rusiyada görüşü zamanı deyib.

Rusiya dövlət başçısı bildirib:

"Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir.

Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.
Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib".

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanları gözləyən dəhşətli TƏHLÜKƏ

Koronavirusa yoluxanlarda iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı artır.   Sfera.az xəbər verir ki, İsveçin Umea Universitetinin bir qr...

“Qarpız COVID-19 xəstələrini sağaldır” – Rusiyalı həkimlərdən “hər gün, bu şərtlərlə yeyin” açıqlaması

Qarpız koronavirusdan sağalan  insanlar üçün faydalıdır.   Sfera.az RİA Novosti-yə istinadla bildirir ki, terapevt Yelena Tixomirova və pediatr...

Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirir

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus p...

Koronavirusun "super növü" yarana bilər: Bu baş verərsə, hər 3 nəfərdən 1-i öləcək

İngiltərənin Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupu koronavirusun yeni növləri ilə bağlı hesabat dərc edib.   Sfera.az bildirir ki, hesabatda COVİD-19...

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operati...

Koronavirusa yoluxma sayı açıqlandı, 3 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...