Rusiya açıq hücum taktikasına keçib: "Növbədə Özbəkistan və Türkmənistandır"

Rusiya açıq hücum taktikasına keçib:
"Rusiya MDB məkanında təsir dairəsini genişləndirmək planını reallaşdırmağa çalışır”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiyanın ABŞ və NATO-ya verdiyi bir neçə bənddən ibarət nota məhz bu regionda Vaşinqtonun siyasi-hərbi fəaliyyətinə son qoymasını, regionu Rusiyanın təsir dairəsi kimi tanınmasını tələb edir:

"Bu isə Azərbaycan daxil olmaqla,  MDB ölkələrini, Ukrayna və  Gürcüstanın müstəqilliyini təhdid edir. 2022-ci il Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionları üçün siyasi nizamın formalaşması istiqamətində həll edici mərhələ olacaq. Rusiya Mərkəzi Asiyada Qazaxıstan vasitəsilə bu regionda ABŞ-ın  fəaliyyətinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər almağa çalışacaq. Özbəkistan və Türkmənistana təzyiqlər edəcək.

Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı siysətinə  gəldikdə isə, Azərbaycanı KTMT-yə üzv olmağa dəvət edəcək. Həmçinin Ermənistanda Qarabağ klanını aktivləşdirməyə çalışacaq. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlayarsa, region Rusiya təhlükəsindən azad ola bilər. Amma Ermənistan rəhbərliyinin hazırkı şübhəli davranışları Paşinyanın öz hakimiyyətinin itirilməsinə gətirib çıxara bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan rəhbərliyinin KTMT-dəki aktiv rolu, Azərbaycana qarşı növbəti təxribat xarakterli çıxışları Moskvanın əlini gücləndirir:

"Bu da Ermənistanin əleyhinə yönəlmiş olacaq. Rusiya son Qazaxıstan olaylarından sonra geniş "iştah”a malik olub. Digər tərəfdən Rusiya dumasında Ukraynanın  iki separatçı bölgəsinin müstəqil dövlət kimi tanınması üçün qətnamə hazırlanır. Göründüyü kimi, Rusiya açıq hücum taktikasına keçib. Sabah Qarabağda etnik ermənilərin yaşadığı kiçik bir ərazidə belə bir qətnamə layihəsinin müzakirəsinə də gedə bilər. Ona görə də Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməli,  Türkiyə hərbi bazasının ölkəmizdə olmasını təmin etməliyik. Ancaq bu yolla  Rusiyanın ölkəmizə qarşı siysətində təzyiq siyasəti neytrallaşar”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ankara Moskva görüşündə Zəngəzur dəhlizi şərtindən geri çəkilib? - Açıqlama

"Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşünə dair hər iki tərəfin rəsmi açıqlamasında bir cümlə xüsusilə diqqət çəkirdi - Tərəflər ilkin şər...

“Azərbaycanın bu addımı Moskvanın xoşuna gəlmədi” – Elxan Şahinoğlu

"Azərbaycan Prezidentinin Ukrayna səfəri və Kremlin hədəf götürdüyü Zelenski ilə müzakirələr aparması Moskvanın xoşuna gəlmədi. Ukrayna kimi Azərbaycan da xar...

"Paşinyan bunu etsə, danışıqlar çətin olacaq" - Politoloq

"Türkiyə Ermənistanla danışıqlarda Azərbaycanın maraqlarını nəzərə alır”.   Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildir...

Putinlə Rəisinin Moskva görüşündən gözləntilər – Masada hansı mövzular var?

Bu həftə Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi arasında növbəti təmas baş tutacaq. İki dövlət başçısı arasında görüşün Moskvada keçiri...

KTMT Nazarbayevin bütün izlərini silmədən Qazaxıstanı tərk etməyəcək - ŞƏRH

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas ötən gün Belarus televiziya kanallarından birinə müsahibəsi zamanı deyib ki, y...

Azərbaycan daha bir ermənini təhvil verdi

Ermənistan vətəndaşı, 68 yaşlı Andranik Aleksanyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb. Sfera.az xəbər verir ki, bu ...