Rusiya ABŞ səfirini niyə göndərir? – Bazarlıq təklifi...
15:46 / 20.04.2021
1508
Xəbər verdiyimiz kimi ABŞ-ın Moskvadakı səfiri Con Sullivan ABŞ-a çağırılıb. Səfir bu həftə Rusiya Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə məsləhətləşmələr üçün Vaşinqtona dönəcəyini bildirib.
Maraqlıdır, səfirin ABŞ-a göndərilməsində Rusiyanın marağı nədən ibarətdir? Sözügedən səfərin hansısa nəticələri ola bilər?
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Natiq Miri Sallivanın ABŞ-a göndərilməsinə səbəb kimi Rusiyanın bir sıra məqsədlərinin olduğunu bildirib.
Müsahibimiz ABŞ-ın da bu məsələdə maraqlarının olmasını istisna etməyib:
"Səfirlər məsləhətləşmələr üçün geri çağırılanda bu iki dövlət arasında ciddi böhranın yarandığından xəbər verir. İndi ABŞ-la Rusiya arasında belə bir böhran həqiqətən də mövcuddur, qarşdurmalar var. Biz bunu Suriyada, Ukraynada, hətta Qarabağda Rusiyanın təkbaşına varlığını qəbul etməyən ABŞ-ın münasibətində də görürük. Bütün bunların nəticəsi olaraq düşünürəm ki, ABŞ səfiri Rusiyadan ABŞ-a çağırılıb. Con Sullivanın öz vətəninə dönməsində Rusiyanın rolu da böyükdür. Son günlər səfirin Rusiya rəhbərliyi ilə - xüsusən xarici işlər naziri Lavrovla bir neçə dəfə görüşməsi buna nümunədir. Sallivanın ABŞ-a getməsi ilə Rusiya rəhbərliyi münasibətlərin perspektivlərini və ABŞ-ın Rusiyaya təzyiqlərinin nə qədər ciddi olub-olmadığını müəyyən etmək istəyir".
Politoloqun sözlərinə görə, Rusiya həm də Ukrayna cəbhəsində ABŞ-ın hansı nöqtəyədək dəstək ola biləcəyini müəyyən mənada aydınlaşdırmaq istəyir:
"Bundan əlavə Sallivanın ABŞ-a getməsinin arxasında həm də bazarlıq predmeti dayanır. Yəni Rusiya bu konteksdə Sallivanı öz ölkəsinə hansısa güzəşt tətbiqləri ilə də göndərə bilər. Son zamanlar biz belə müşahidə edirik ki, potsovet məkanındakı ölkələr yenidən Rusiyanın əhatə dairəsinə daxil olmaqdadır. Çox maraqlıdır ki, ABŞ bu məslələrdə ciddi şəkildə öz ağırlığını ortaya qoymayıb. Biz bunu Qırğızıstanda baş verən inqilabda və hakimiyyət kürsüsünə rusmeyilli şəxsin gəlməsində də gördük".
Həmsöhbətimizin sözlərinə görə, Rusiya geosiyasi maraqlarını təmin etmək üçün həmişə olduğu kimi böhran yaradır. N.Miri bubunla qarşı tərəfin sınağa çəkildiyini də vurğulayıb:
"Bu sınaqda isə təkcə Ukrayna yox, həm də NATO, ABŞ dayanır. Bu baxımdan Rusiya böhran yaratmaqla ABŞ adminstrasiyanın qarşıdurmada dayanıqlılığını yoxlamaq istəyir. Rusiya indi ciddi sanksiyalar ilə üz-üzədir və bu sanksiyaların artacağı da gündəm mövzusudur. Hətta Rusiyanın beynəlxalq pulköçürmə sistemindən tamamilə uzaqlaşdırılması da perspektivdə görünə bilər. Bütün bunları Rusiya görməzdən gələ bilməz. Belə sanksiyaların tətbiqi həm də Rusiya toplumunda narazılıq yaradıb. Bununla da güzəştlər fonunda Rusiya Sallivana bazarlıq təklifi edib. Sallivanın ABŞ-a gedib qayıtmasından sonra münasibətlərə aydınlıq gətiriləcək. O mərhələyədək Ukrayna cəbhəsində müharibənin olacağını düşünmürəm".
Əzizə Zeynal
Sfera.az