Rusiya ABŞ-ın gözləmədiyini etdi - Dollara qarşı “Hindistan rəqsi”...
13:26 / 07.12.2021
2458
Rusiya və Hindistan silah müqavilələri
bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina edib. Tərəflər bundan sonra
bütün ödənişlərini rubl və rupi ilə həyata keçirəcək.
Maraqlıdır, rəsmi Moskva və Dehlinin bu addımı
ABŞ-ın dollar hegemonluğuna zərbə vura biləcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən
iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Rusiya və Hindistanın qarşılıqlı ödənişlərdə
dollardan imtinası ABŞ-ın dollar üzərindən digər dövlətlərə təsir imkanlarını zəiflətməyə
hesablanıb:
Məsələ ondadır ki, hazırda dünya ticarətinin
70 faizi dollar üzərindən həyata keçirilir. Özəl sektor da təbii olaraq həmişə
məzənnə oynaqlığından özünü sığortalamaq istəyir. Misal üçün, Rusiya və
Hindistan arasında imzalanan hazırkı müqavilə dövlət səviyyəli müqavilədir.
Dövlət istənilən halda özünü sığortalaya bilər. Özəl sektorun isə belə bir
imkanı yoxdur. Özəl sektor çətin ki, bu tezlikdə ticarət dövriyyəsində
dollardan imtina edib, milli valyutaya keçsin”.
Ekspertin sözlərinə görə, rupi də, rubl da
oynaq məzənnəyə sahibdir:
Turan Rzayev