Rusiya “A321” təyyarəsinin partladılmasında Türkiyə izi görmür

Rusiya “A321” təyyarəsinin partladılmasında Türkiyə izi görmür
Rusiya oktyabr ayında Sinay yarımadasında "A321” təyyarəsinin qəzaya uğramasında Türkiyə izini görmür.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib.
"Türkiyə izini biz görmürük, təhqiqatlar isə davam edir”, - Bortnikov "A321”təyyarəsinin qəzaya uğramasında Türkiyə izi olmasına dair verilən sualın cavabında deyib.
Rusiya və sovet aviasiyasında ən böyük qəza 2015-c ilin oktyabr ayının 31-də baş verib.
Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan "Koqalımavia” şirkətinə məxsus"Airbus A321” təyyarəsi Misirin Sinay yarımadası üzərində qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 217 sərnişin və yeddi heyət üzvü olub. Onların hamısı həlak olub. Federal Təhlükəsizlik Xidmətinin məluamtına görə, qəza terror aktı nəticəsində baş verib.
Daha öncə Rusiyanın "Kommersant” qəzeti "A321” təyyarəsində baş verən terror aktının arxasında İŞİD-lə əlaqəli olan "Boz qurd” təşkilatı üzvlərinin olmasının mümkünlüyünə dair məlumat yaymışdı.

OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...