Rus Kim Kardaşyan kimdir və nəyə görə siz onun instaqramına yazılmalısınız?

Rus Kim Kardaşyan kimdir və nəyə görə siz onun instaqramına yazılmalısınız?

Anastasiya Kvitko cazibəli bədən quruluşu ilə tanınanamerikalı aktrisa, model və teleaparıcı Kim Kardaşyanı xatırladan rusiyalı modeldir.


Sfera.azxəbər verir ki, Anastasiyanı məşhurlaşdıran hazırda milyona yaxın izləyicisi olan İnstaqramdakı profilidir. Gənc xanım alt paltarlarını, üst geyimlərini, idmançı yeməklərini reklam edir, eləcə də pərəstişkarlarını mütəmadi olaraq açıq-saçıq geyimlərdə çəkdirdiyi fotoları ilə sevindirir. Hazırda Anastasiya ABŞ-da yaşayır. Modelin sözlərinə görə, onun bədən ölçüləri: 95-63-104-dür.


Nastya Kvitko Kalininqradda anadan olub, valideynləri ilə çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayıb. Uşaqlıqdan rəsm çəkməyi sevir, gözəl tikiş tikir. Adi ümumtəhsil məktəbində oxuyub. Amma uğurlu model uşaqlığını xatırlamağı sevmir, çünki uşaqlıq illərində artıq çəkisinə görə yaşıdları ondan yan gəzirdi.


 

Gənc qız özünü formaya salmaq üçün yüngül atletika bölməsinə yazılır. Az sonra «New Stars» model agentliyinə işə düzəlir, amma artıq çəkisinə görə xüsusi uğur qazana bilmir. Agentliyin rəhbərliyi onu daha çox arıqlamağa məcbur etdiyindən Anastasiya müqaviləni pozmağa məcbur olur.



Modelin karyerası 2011-ci ildə, model testlərinin çəkilişində ixtisaslaşan məşhur fotoqraf Anvar Norov sosial şəbəkələrin birində onun şəkillərinə rast gələndə başlayır. Anastasiyanın qeyri-standart bədən quruluşu kişinin diqqətini çəkir: iri sinə, incə bel, enli çanaq. Anvar Norov kalininqradlı qıza "Time for Print”-lə əməkdaşlıq etməyi təklif edir. Beləliklə, Anastasiya yüksək keyfiyyətli fotolara görə fotoqrafın qarşısında poz verməyə başlayır və gələcəkdə həmin fotolar onun portofoliosunun əsasını təşkil edir. Modelin fotosessiyası internetdə böyük populyarlıq qazanır və o "Vkontakte” ("Vkurse”) sosial şəbəkəsinin rəsmi nəşri olan "Günün qızı” fotosessiyasının çəkilişlərinə dəvət alır.


2013-cü ildə, Moskvaya köçən Anastasiya Kvitkonun karyerası sürətlə irəliləməyə başlayır. Paytaxtda Anastasiyaya saysız-hesabsız təkliflər edilməyə başlayır. Onların arasında ən böyük əks-səda doğuranı "RHYME Magazine” hip-hop jurnalı üçün edilən fotosessiya olur.


2014-cü ilin avqustunda Nastya İnstaqramda özü üçün səhifə açır. Bu onun karyerasında dönüş nöqtəsi olur. Hər gün "rus Kim Kardaşyan”nın pərəstişkarlar ordusuna minlərlə yeni izləyici qatılır.

 

2015-ci ilin qışında Anastasiya Kvitkoya dəbli geyim istehsal edən şirkətdə - "Kanye West Clothing”-də iş təklif olunur. Şirkətin geyim üzrə dizayneri Kİm Kardaşyanın həyat yoldaşı Kanye Uestdir. Məşhur amerikalı reper Kanyenin Kim Kardaşyandan üç övladı var. Kanye Uest "Adidas” brendi ilə fəal əməkdaşlıq edir, həmin brendin çərçivəsində özünün "YEEZY” geyim xəttini tanıdır.


2016-cı ilin yanvarında Anastasiya Kvitko Mayamiyə köçür və yerli reklam agentliklərindən birində işləməyə başlayır. Orda da ona arıqlamağı təklif edirlər, amma cazibədar bədən quruluşu ilə seçilməyi üstün tutan gənc xanım bu təklifi rədd edir. ABŞ-da model Kolumbiya istehsalı olan bədəni yığan alt geyimlərini və korsetləri reklam edirdi. 2016-cı ilin yazında Mayamidəki "Cameo” gecə klubunda Anastasiya Kvitko "Mia” firmasının dəstəyi ilə özünün solo şousunu təqdimatını keçirir. 2016-cı ilin ortalarında isə Los-Ancelesdə yaşayıb işləməyə başlayır.


İnternetdə Anastasiya Kvitkonun bədən quruluşu qızğın mübahisələrə səbəb olur. Folloverlərin çoxu gənc xanımın plastik əməliyyatlar keçirmədiyinə inanmır. Amma onu vcərrah müdaxiləsində ittiham etmək ən azından haqsızlıqdır. Çünki ilkin fotolarında onun cəmi 17 yaşı var. Anastasiya izləyicilərini əmin edir ki, uğurlu bədən quruluşunun sirri onun genlərində və mütəmadi olaraq idmanla məşğul olmağındadır.

 

Anastasiya Kvitko sağlam qidalanma tərəfdarıdır. O, fəstfud, qırmızı ət, toyuq əti yemir. Kalininqradlı qız "belfi” stilində (kürək və ombanın selfisi) şəkil çəkdirməyi xoşlayır. Nastya Kvitkonun kumirləri Beyons, Kim Kardaşyan, Niki Minaj və plüs-sayz Eşli Qremdir.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR