“Rus dilini tənqid etməkdən bezmədiniz?" - Aktyordan etiraz
Maqazin
12:44 / 25.09.2021
1111
"Boş-boş rus dilini tənqid etməkdən bezmədiniz? Dünya miqyaslı Rusiyanın tanınmış alimlərinin kitabları Azərbaycan dilində nəşr olunsa, mən də uşağımı rus sektoruna qoymaram”.
Sfera.az bildirir ki, bunu aktyor Rüfət Nəzər deyib. O bildirib ki, kimsə rus dilini bilmirsə, bütün millət bu dildən imtina etməməlidir:
"Rusların Çexov, Lomonosov, Mendeleyev, Qaqarin, Çaykovski kimi yüzlərcə dahisi var və onların əlyazmaları dünyada ən statuslu məktəblərdə, universitetlərdə, akademiyalarda həm tədrisdə, həm də kitabxanalarda əsaslı yer tuturlar. Onları da bilək. Nizami, Natavan, Nəsimi, Tusi, Lütfizadə kimi dahilərimizi də bilək , burada pis nə var ki ? Məncə dünyagörüşü və bilik daha da çoxalar, nəinki, özümüzü "çərçivəyə" salsaq. Rus dilindən imtina ediriksə, o zaman özgə millətə məxsus keyfiyətli nə varsa istifadə etməyək”.
Aktyor qeyd edib ki, digər tərəfdən öz dilimizi nə qədər zəngin etsək, bir o qədər yaxşıdır:
"Bir az geniş düşünək - 41-45-ci illərdə məktəblərdə alman dilini öyrədirdilər. Nə fərqi var hansı dildə elmi öyrəndin, əsas öz dilimizdə yetərincə bilək. Əfsuslar olsun, nədənsə rus sektor təhsilinin bilik keyfiyyəti daha üstün olur. Təbii ki, məktəbə görə dəyişir”.
Türkan
Sfera.az