No Image
No Image
No Image

Rumıniyanın sabiq Baş nazirindən Prezidentə məktub

Rumıniyanın sabiq Baş nazirindən Prezidentə məktub
 Rumıniyanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Sfera.az-ın məlumatına görə, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirirəm. Gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasını arzulayıram.

Mən bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram.

Qlobal Bakı forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vasitəçilik modeli axtarmağa başlamalıyıq.

Həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüququn normalarının təbliği istiqamətində birgə işləyirik.

Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbdən arzu edirəm”.

OXŞAR XƏBƏRLƏR

Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır

Türkiyənin baş ofisi İstanbul şəhərində yerləşən "Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır. ...

Deputatlar gələn həftə toplaşacaqlar

Milli Məclisin paysessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sfera.az xəbər verir ki, parlamentin növbəti plenar iclası oktyabrın...

Rusiya Qarabağ müharibəsinə niyə qarışmamalıdır? – Tanınmış rusiyalı ictimai xadim prosesi təhlil etdi

Tanınmış rusiyalı ictimai xadim Alfred Kox özünün şəxsi facebook hesabında İkinci Qarabağ müharibəsi və Ermənistanın Qarabağ məsələsində yol verdiyi bağışlan...

Hikmət Hacıyevin Ermənistanın PKK-çılarla işbirliyi barədə dedikləri "Dailysabah"da

Ötən gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnali...

Nazirlər Kabineti erməni təxribatlarını BMT rəsmiləri ilə müzakirə etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünün müzakirə ed...

Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirir - VİDEO

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir.   Sfera.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdi...