Ruhi Əliyevanın İstanbulda çəkdirdiyi “Ağır Romantik”in ilk görüntüləri - VİDEO

Ruhi Əliyevanın İstanbulda çəkdirdiyi “Ağır Romantik”in ilk görüntüləri - VİDEO

İş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi "Ağır Romantik” filminin treyleri "Youtube”da təqdim olunub.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, baş rollarını məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın canlandırdığı ekran işində eyni zamanda, Altan Erkekli, Qazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən və məşhur simalar da rol alıb.

"Ağır Romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya-Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində isə 14 fevral – "Sevgililər Günü”ndə, Azərbaycanda isə 5 mart tarixində "CinemaPlus” kinoteatrlar şəbəkəsində film həvəskarların ixtiyarına veriləcək.

"Ağır romantik” ekran əsərinin qala gecəsi fevralın 12-də İstanbulda, martın 7-də isə Bakıda aktyorların və film heyətinin iştirakı ilə keçiriləcək.

 


OXŞAR XƏBƏRLƏR