Ruhi Əliyeva hamını kövrəldən qazinin müalicə xərclərini öz üzərinə götürdü - FOTO

Ruhi Əliyeva hamını kövrəldən qazinin müalicə xərclərini öz üzərinə götürdü - FOTO
Titrək səsi ilə hər kəsi kövrəldən qazi Elçin Səmədov sağlamlığına qovuşacaq.

Sfera.az xəbər verir ki, ürəyinə yaxın məsafədə qəlpə yarası alan, nitqində, görməsində və eşitməsində problem yaranan 20 yaşlı qazimizin bütün xərclərini müğənni Ruhi Əliyeva öz üzərinə götürüb.

Bu barədə müğənni sosial media hesabında paylaşım edib:

"Dəfələrlə onun görünütülərinə baxıb, bu igid balamız üçün nə edə bilərəm?, - deyə düşündüm. Onun çətinliklə ifadə etdiyi sözləri dinləyərək gözyaşlarına boğuldum. Dərhal qazimizin anası Vüsalə xanıma zəng vuraraq bildirdim ki, onun tez bir zamanda sağlamlığına qovuşması üçün nə lazımdırsa, etməyə hazıram. Bazarertəsi "Papanin”də Hərbi Hospitalda yoxlanılacaq. Elçinin əməliyyat və müalicəsi ilə bağlı şərəfli missiyanı öz üzərimə götürəcəyimə görə qürur duyuram”, - deyə Ruhi Əliyeva bildirib.

Jalə Mehdi
Sfera.az


OXŞAR XƏBƏRLƏR