Ruhaninin eks-müşaviri edam ediləcək

Ruhaninin eks-müşaviri edam ediləcək

İran Prezidenti Həsən Ruhaninin iqtisadi məsələlər üzrə eks-müşaviri, Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfiyə hökm oxunub.

İndependentturkish xəbər verir ki, İran məhkəməsi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirən sabiq meri edam cəzasına məhkum edib.

Qeyd edək ki, Nəcəfi ikinci həyat yoldaşı Mitranı mayın 28-də odlu silahla vurub.

Cinayətdən sonra polisə təslim olan sabiq mer həyat yoldaşına 5 dəfə atəş açdığını, güllələrdən ikisinin arvadına dəydiyini bildirib.


OXŞAR XƏBƏRLƏR