Rüfət Əzizov yeni təyinatdan yazdı
12:55 / 14.05.2020
20756
"İqtisadiyyat Nazirliyinə yeni təyinatlar əladır! Yeni nazir gənc texnokratlara, enerjili, tam işinə fokus olan, beynəlxalq standardları bilən və ən əsası şəffaflıqlarına tam əmin olduğu milli kadrlara üstünlük verir”.
Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rüfət Əzizov İqtisadiyyat Nazirliyində gerçəkləşdirilən son kadr təyinatlarına münasibət bildirərkən deyib.
"Belə bir seçim gənclər üçün də stimuldur! Yani əsasən təhsilinizə fokuslanın, öz sahənizdə özünüzü güclü yetişdirin, sizə tapşırılan işlərdə etimadı doğruldun, millimaraqları hər şeydən üstün tutun, şəffaf olun... Yeni gənc təyinatlar iqtisadiyyatın müxtəlif sahələrində inkişafa yol açacağına əminəm! Xeyirli olsun!”