Rüfət Dadaşov yığmadan uzaqlaşdırıldı

Rüfət Dadaşov yığmadan uzaqlaşdırıldı
 

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Sfera.az bildirir ki, Almaniyanın "Proysen" klubunun üzvü Rüfət Dadaşov millinin heyətindən çıxarılıb. 

Buna səbəb onun dünən keçirilən məşqdə zədələnməsidir. O, AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena”da Uels, 3 gün sonra səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, R.Dadaşovdan əvvəl İspaniya "Albasete”sinin futbolçusu Eddi İsrafilov heyətdən çıxarılmışdı. Lakin yarımmüdafiəçi yalnız ilk oyundan kənarda qalacaq, komandaya sonradan qoşulacaq.


OXŞAR XƏBƏRLƏR