No Image
No Image

Roza Zərgərli Elza Seyidcahanı hədələdi - "Elə etmə açıb danışım..."

Roza Zərgərli Elza Seyidcahanı hədələdi -
Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında qalmaqal daha da böyüyüb.

Sfera.az xəbər verir ki, E.Seyidcahanın tənqidlərindən sonra Zərgərli "ATV maqazin onlarla"ya açıqlamasında ifaçını hədələyib. Müğənninin Rozanın əməliyyatlarına söz atması onu özündən çıxarıb:

"Sənə haqq vermişəm haramısa müzakirə edəsən? Sənin əlində sübutun var ki, plastik əməliyyat etdirib, haramısa dartdırmışam? Səni məhkəməyə verəcəm. Haramdasa plastik əməliyyatla ortaya gələn nəyisə sübut et, borcun olan 5 mini keçəcəm, üstündə də 10 min verəcəm. Hansı yaradıcılıqdan danışırsan? Yerindən duran da oxuyub, bəstəkar olur".

Sənətçi E.Seyidcahanın onun "Sibir çiçəyi" kitabını "Zibil çiçəyi" adlandırmasına isə belə reaksiya verib:

"Bir əsərə "Zibil çiçəyi" deyən Əməkdar artistin ağzını öz qələmi ilə tikmək lazımdır. "Sibir çiçəyi"nin təqdimatına gəlməsəydin heç nə itirməyəcəkdim. Orada Xalq artistləri, dəyərli insanlar var idi. Məni gözün götürmürsə bil, sənin üçün İlhamə Quliyeva deyiləm. Səninlə böləsi kişim yoxdur. Elə etmə açıb danışım. Məhkəməyə gedib, təzminat ödəmək istəmirsənsə, sus".

Qeyd edək ki, müğənnilər arasında qalmaqalın ikinci dəfə alovlanmasına səbəb Rozanın Elzanın ona 5 min manat borcu olmasını açıqlaması olub. E.Seyidcahan qarşı tərəfin ünvanına "Bütün günü cərrahdadırlar. O qədər üzlərini dartdırıblar ki, ağılları da dartılıb" sözlərini söyləyib. // Axşam.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Qəlbimin gözəlliyini çox vaxt gizlədirəm" - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva onu sevməyən insanlarla bağlı danışıb. Sfera.az bildirir ki, aktrisa sosial şəbəkə hesabında izləyicilərinin sualını cavablandırark...

Vəziyyəti ağır olan Mətanət İsgəndərlinin görüntüləri - VİDEO

Koronavirus infeksiyasına yoluxan əməkdar artist Mətanət İsgəndərli xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. Sfera.az xəbər verir ki, rəqqasə Fatimə Fətəli...

Bu da Arif Quliyevin YAŞADIĞI EV - XANIMI SON ARZUSUNU AÇIQLADI - VİDEO + FOTOLAR

Həyat yoldaşı Xalq artisti Arif Quliyevin son arzusundan danışıb. Aktyorla birgə yaşadığı evdən lent.az-a açıqlama verən Gülzar Quliyeva bu sözləri deyib:...

Mustafa Sandal 26 aydır aliment ödəmir: 740 min borcu yığılıb

Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşına borclu qalıb.   Sfera.az xəbər verir ki, ifaçı 3 il əvvəl boşandığı Emina Yahoviçlə alimentə görə...

90 yaşlı aktyor 5-ci dəfə evlənir: Bu dəfə özündən 48 yaş kiçik sevgilisi ilə... - FOTO

Rusiyalı aktyor İvan Krasko 5-ci dəfə ailə həyatı quracaq.   Sfera.az bildirir ki, 90 yaşlı aktyor özündən 48 yaş balaca, Natalya Smıkova adlı sevgilisi ...

Mədəniyyət Nazirliyindən Arif Quliyevin dəfn yeri ilə bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib. ...