“Röyters” Bakıdakı məcburi köçkünlərlə bağlı reportaj hazırladı

“Röyters” Bakıdakı məcburi köçkünlərlə bağlı reportaj hazırladı
"Röyters” agentliyi Bakıda yaşayan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı reportaj hazırlayıb.

Sfera.az xəbər verir ki, reportajda vətən həsrəti ilə yaşayan insanların təəssüratları yer alıb.  

"Vətən həsrətini çəkən, Qarabağın sürgündəki azərbaycanlıları qayıtmaq üçün can atırlar" adlı reportajı təqdim edirik:

"Həsən Əhmədovun sonuncu arzusu 25 ildən artıqdır ki, işğal altında olan doğulduğu torpaqlara qayıtmaqdır. 80 yaşlı Bakı sakini Azərbaycan Ordusunun Cəbrayıl rayonununun bir hissəsini işğaldan azad etməsindən sonra arzusuna bir az daha yaxınlaşıb.   

Əhmədov deyir:

"Doğma kəndimiz azad edildi. Ərazilərinn minalardan təmizləməsini və evlərimizi yenidən qurub geri qayıtmağımızı gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır".

Reportajda vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin etnik ermənilər tərəfindən məskunlaşdırılıb.

Qeyd olunub ki, Bakıda sakinlər Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərin bir hissəsinin geri alındığından və hərbi qazanclardan danışırlar. Şəhərdə reklam lövhələrində və vitrinlərdəki plakatlarda birmənalı bir mesaj var: "Qarabağ Azərbaycandır. Qarabağ bizimdir".

Reportaj zamanı oğlunun dostunu döyüşlərdə itirdiyini vurğulayan mühasib Olqa İsmayılova "oğlanlarımız üçün ağrı hiss edirəm, lakin torpaqlarımızı geri almalıyıq" deyir.

İnşaat işçisi, 42 yaşlı Ramin Əliyev isə yaşına baxmayaraq, Səfərbərlik xidmətinə hərbi xidmətə çağırılmasını və hərbi xidmətdə olarkən qazandığı təcrübədən istifadə etməsini xahiş edən bir çox məktub göndərdiyini söyləyib:

"Mən vətənim uğrunda ölməyə hazıram. Qoy, uşaqlarım mənimlə fəxr etsinlər".

OXŞAR XƏBƏRLƏR

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...