“Rövşən Əkbərova ömürlük cəza verilsin” - Elçin Əliyevin xanımı

“Rövşən Əkbərova ömürlük cəza verilsin” - Elçin Əliyevin xanımı
Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə mərhumun həyat yoldaşı və yaxın dostu dindirilib.

E.Əliyevin arvadı Fəxrintac Əliyeva istintaqa verdiyi ifadəni təsdiq edib: "Bu qətl bütün ailəni darmadağın edib. Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.

Mərhumun dostu olmuş Səməd Novruzov da istintaqa verdiyi ifadəni təsdiq edib. O bildirib ki, hadisə gününün səhəri sabiq səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla birlikdə Kiyevə yollanıb: "Bizi aeroportda diplomatik korpusun nümayəndəsi qarşıladı. Gecə oteldə qalıb, səhəri günü morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb Kiyevdəki səfirliyə getdim. Orada keçmiş ukraynalı hərbçi Qriqoryev Aleksandr Mixayloviç dedi ki, hadisəni sizinkilər törədib. Səfirlikdə Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri Tələt adlı şəxs, Nazim İbrahimov və başqaları var idi. Orada söz-söhbət gedirdi ki, Elçin mayın 31-də Abşeron restoranında dostları ilə yemək yeyib. Sonra səfirliyə gəlib, orada mübahisə düşüb. Daha sonra Elçin yanındakı dostu ilə başqa bir restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da ora gediblər və restoranda yenidən dava düşüb. Dedilər ki, Elçinlə dava edənlərin ikisi hərbçi olub. Biri Sumqayıtdan olub, digəri də Rövşən Əkbərov. Söz-söhbət gəzirdi ki, öldürən Rövşən olub. Mən hadisə günü Elçinlə danışmışdım. Rövşən Əkbərov haqqında mənə heç nə deməmişdi”.

Daha sonra prokuror və vəkillərin suallarını cavablandıran S.Novruzov R.Əkbərovla görüşmədiyini deyib: "Özüm görüşməmişəm, Nazim İbrahimovun da görüşdüyünü görməmişəm. Hadisə ilə bağlı eşitdiklərimi deyirəm, hadisəni görməmişəm”.

Rövşən Əkbərov şahidə sual verib ki, "siz Elçini mənim öldürdüyümü eşitdikdən sonra niyə gəlib mənimlə danışmadız? Niyə soruşmadız ki, sən öldürmüsənsə, niyə öldürmüsən?”.

Şahid deyib ki, bunun üçün Kiyevdə kifayət qədər vaxtı olmayıb. Daha sonra R.Əkbərov sual verib ki, "hadisədən sonra 20 ildir Bakıda yaşamışam. Məndən şübhələnirdizsə, niyə Bakıda gəlib mənimlə danışmağa çalışmadız?”.

Şahid qatilin kimliyini sübuta yetirə bilməyəcəyinə görə bunu etmədiyini deyib: "Mənim sübutum olmadan necə sizdən soruşa bilərdim?”.

İfadə zamanı məlum olub ki, S.Novruzov keçmiş prokurorluq əməkdaşı olub.

Növbəti iclas oktyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada "Sikora” kafesinin yaxınlığında Elçin Əliyevi kəsici-deşici predmetlə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək həbs olunub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məhkumun həyətindən silah aşkarlandı

Bakıda məhkumun həyətindən silah aşkarlanıb. Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. Qeyd edilir ki, Peniten...

Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırmalara başladı

Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb. Sfera.az bildirir ki, bu barədə Baş Prokurorluğ...

DTX-dan müdhiş gecə əməliyyatı – Kimlər saxlanıldı, kim buraxıldı, nə baş verir?

Dövlət Təhlükəsizliyi Xidməti bu gecə 5 nəfəri həbs edib. Sfera.az xəbər verir ki, Hacı İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanı...

Baş prokurorluq işdən azad edilən direktor haqqında MƏLUMAT YAYDI

Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bi...

Daha bir meyxanaçı saxlanıldı – Səbəb

Meyxanaçı Xudabaxış Kubinka (Hüseynzadə) Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sfera.az xəbər verir ki, meyxanaçı narkoti...

Anası qız uşağını dayənin yanına atıb getdi - Azərbaycanda

Azərbaycanda daha bir valideyn azyaşlı övladını atıb.   Bu barədə Sfera.az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Bildiril...