“Rossiya 24” telekanalında Azərbaycanın müstəqilliyinə həsr olunmuş veriliş yayımlandı

“Rossiya 24” telekanalında Azərbaycanın müstəqilliyinə həsr olunmuş veriliş yayımlandı
Yanvarın 30-da "Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş "Hakimiyyət formulu” verilişi yayımlanıb.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, "Hakimiyyət formulu” verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid kadrlarla açıb.

Qeyd olunub ki, bu illər ərzində bütün planlar reallığa çevrildi. Verilişdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, ölkəmizin bütün sahələrdə dinamik inkişafından, beynəlxalq təşkilatlara, xüsusilə də Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın artan nüfuzundan, koronavirus pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilən böyük humanitar yardımından bəhs edilib.

Azərbaycanın əsas problemi həll olunub, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Prezident İlham Əliyev müsahibəsində ölkənin ərazi bütövlüyünü bərpa etməsindən, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsindən danışıb. Verilişdə işğaldan azad edilmiş torpaqların bərpası prosesini, Azərbaycan dövlətinin başçısının Qarabağ torpaqlarına səfərlərini əks etdirən kadrlar təqdim olunub.

Mixail Qusman Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinə qarşı qədim zamanlardan bəri hökm sürən tolerantlıq mühitini xüsusi qeyd edib. Aparıcı bildirib ki, o, bunu şəxsən özü bilir. "Multikulturalizm azərbaycanlıların qanındadır”, - deyə Mixail Qusman vurğulayıb.

Verilişdə, həmçinin fəal inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən danışılıb. Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikində Azərbaycana sürətli tərəqqi arzularını əks etdirən kadrlar da nümayiş olunub. Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə genişlənən uğurlu əlaqələr barədə fikirləri də təqdim edilib.

Veriliş telekanalın həm gecə, həm də səhər efirində yayımlanıb.
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...