Ronaldu \"Yuventus\"da ikinci mövsümə yekun vurdu

Ronaldu \
 Turin "Yuventus"unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu komandanın heyətində İtaliya çempionatında ikinci mövsümün tamamlanmasından sonra sosial şəbəkələrdə fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, hücumçu çempionluq uğrunda növbəti mübarizəni davam etdirməyin zəruriliyini vurğulayıb.

"Yuventus"la A Seriyasının doqquz titulundan son ikisini udmağa xoşbəxtəm! Bu, kiməsə asan görünəcək, amma belə deyil! İlbəil istedadla, sədaqətlə və çalışqan işlə siz öz hədəflərinə nail ola və əvvəlkindən daha yaxşı ola biləcəksiniz! Üçüncü çempionluq uğrunda irəli!", - deyə Ronaldu "İtaliya Çempionları" və "31 qol" həştəqi ilə özünün "Instagram"dakı hesabında yazıb.



OXŞAR XƏBƏRLƏR