Ronaldu Messini qabaqlayaraq tarixin ən yaxşı futbolçusu oldu - FOTO

Ronaldu Messini qabaqlayaraq tarixin ən yaxşı futbolçusu oldu - FOTO
 İspaniyanın məşhur "Marca” nəşri oxucular arasında "Tarixin ən yaxşı futbolçusu kimdir?” suallı sorğu keçirib. 

Sorğu pley-off formatında təşkil edilib. Belə ki, oxucular əfsanəvi oyunçulardan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə keçiblər.
 
Səsvermə nəticəsində finala Kriştianu Ronaldu və Lionel Messi çıxıblar. Ronaldu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı üstələyib. Messi isə azarkeşlərin seçiminə görə, Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan üstün olub. 

Finalda isə Ronaldu Messini keçə bilib.

OXŞAR XƏBƏRLƏR