Ronaldu beş Avropa çempionatında iştirak edən ilk futbolçudur
21:30 / 15.06.2021
2124
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Macarıstana qarşı keçirilən AVRO-2020-nin qrup matçında meydana çıxmaqla rekorda imza atıb.
Sfera.az xəbər verir ki, bununla o, beş Avropa çempionatında iştirak edən ilk futbolçu olub.
Bu gün qitə çempionatlarında 22-ci oyununa çıxan Kriştianu ilk dəfə 2004-cü ildə Yunanıstana qarşı matçda forma geyib. O, ilk qarşılaşmasında qol vursa da, komandası 1:2 hesablı məğlubiyyətdən xilas ola bilməyib.