Ronaldonun təcavüzünə uğradığını deyən qadın 78 milyon dollar tələb edir - Detallar üzə çıxdı

Ronaldonun təcavüzünə uğradığını deyən qadın 78 milyon dollar tələb edir - Detallar üzə çıxdı
"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun 2009-cu ildə Ketrin Mayorqa adlı amerikalı xanıma təcavüz etməsi ilə bağlı yeni detallar üzə çıxıb.
 
Sfera.az bildirir ki, Mayorqanın futbolçudan 78 milyon dollar təzminat tələb etdiyi məlum olub.

Onun keçmiş və gələcəyə yönəlik mənəvi zərərin ödənməsi üçün yenidən dava açacağı bildirilib. Ümumilikdə 50 milyon dolları yaşadığı travmalara görə tələb edən Mayoqra qalan 38 milyonu 12 il müddətindəki xərclədiyi vəsaitlər və digər şeylər üçün istəyib.

Qeyd edək ki, amerikalı qadın 2018-ci ildə Ronaldonu məhkəməyə vermişdi. İddiaya görə, 2009-cu ildə Mayoqra Ronaldo ilə gecə klubunda tanış olub və ardınca otelə gediblər, təcavüz hadisəsi də orda yaşanıb. Ronaldonun keçmiş model Ketrin Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı da iddialar irəli sürülüb. Futbolçu isə qeyd edilən məlumatları qəbul etmir.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR