Ronaldonun pulunu oğurladılar

Ronaldonun pulunu oğurladılar
Portuqaliyalı superulduz Kriştiano Ronaldonun başına iş gəlib.

Sfera.az xəbər verir ki, Portuqaliyada bir səyahət agentliyinin əməkdaşı futbolçunu aldadıb. "Jornal de Notícias"ın xəbərinə görə, portuqaliyalı ulduzun kredit kartlarının şifrəsini bilən bir səyahət agentliyinin əməkdaşı onun kartından 288 min avro məbləğində pul çəkib. Sözügedən işçi 36 yaşlı futbolçunun kartından getmədiyi 200 səyahətin pulunu çıxarıb. Mənbənin məlumatına görə Ronaldo ilə yanaşı, portuqaliyalı menecer Xorxe Mendes, futbolçulardan isə Luis Nani və Manuel Fernandes də aldadılanların siyahısında yer alıb. Mendes 350 min avro məbləğində pul itkisinə məruz qalıb. 

Porto məhkəməsi həmin işçi haqqında futbolçulara verdiyi zərəri qarşılamaq və 4 il şərti həbs cəzası qərarı çıxarıb. 

Yay transfer döəmində "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunan Ronaldo cari mövsümdə meydana çıxdığı 3 oyunda 4 qola imza atıb.

Qaynarinfo.az

OXŞAR XƏBƏRLƏR