Ronaldo təkid etdi, Azərbaycanla oyun bu arenaya salındı

Ronaldo təkid etdi, Azərbaycanla oyun bu arenaya salındı
DÇ-2022-nin Portuqaliya – Azərbaycan oyununun "Allianz Arena”ya təyin edilməsinin səbəbi bəlli olub.

Sfera.az  xəbər verir ki, bu görüşün "Yuventus”un stadionunda keçirilməsinə Turin klubunun hücumçusu Kriştiano Ronaldo təkid edib.
Məlum olduğu kimi, koronavirus pandemiyasına görə Portuqaliya rəqiblərini evdə qəbul edə bilmir. Bu səbəbdən matçın neytral meydanda keçirilməsi zərurəti yaranıb. Oyunun məhz Turində keçirilməsi təşəbbüsü də Ronaldoya məxsus olub. Bundan başqa, Portuqaliya millisi kapitanın vasitəsi ilə məşqlərini "Yuventus”un bazasında keçirəcək.  Hazırlıq prosesinin martın 22-dən başlanacağı gözlənilir.

Qeyd edək ki, "Yuventus”un hücumçusu olan Ronaldo gündəlik məşqlərini burada keçirdiyindən meydana tam uyğunlaşıb. Bildirilir ki, Portuqaliya millisi Turində olduğu müddətdə bazanın yaxınlığındakı oteldə qalacaq.

Azərbaycan millisinə gəlincə, komandamızın Vinovoda yerləşən "Yuventus”a məxsus başqa məşq meydançasında məşq edəcəyi bildirilir. Orada adətən gənclər və qadınlardan ibarət komandalar hazırlıq keçir.

Xatırladaq ki, Portuqaliya – Azərbaycan görüşü martın 24-də keçiriləcək.
 
(qol.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...