Ronaldo: \"Şansımız hələ də var\"

Ronaldo: \
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Atketiko" ilə cavab oyunu öncəsi açıqlama verib.

O, növbəti mərhələyə yüksəlmək şanslarının qaldığını deyib: "Atletiko" yaxşı komandadır. Onlar yaxşı müdafiə olunurlar, risk etmirlər və əks hücumlara çıxırlar. Biz qələbə üçün hər şeyi edəcəyik. Şansımız hələ də var".

Portuqaliyalı hücumçu bildirib ki, heç kim Turin klubunun birinci matçda uduzacağını gözləmirdi: "Amma indi biz öz stadionumuzda gözəl oyun keçirməyə və 1/4 finala yüksəlməyə köklənmişik".

Qeyd edək ki, "Atletiko" - "Yuventus" görüşü Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında cavab matçı sabah gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR