Ronaldo məşhur tennisçiyə tullanmağı öyrətdi - VİDEO
18:15 / 28.12.2019
1370
"Yuventus"un oyunçusu Kriştiano Ronaldo məşhur tennisçi Novak Cokoviçə tullanmaq texnikasını öyrədir.
Sfera.az qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu İnstagram hesabında tennisçiyə düzgün tullanmağın üsullarını öyrədən videosunu paylaşıb.
Ronaldo postun altından bu sözləri yazıb: "Cokoviçə hündürlüyə tullanmağı öyrədərkən. Səninlə görüşmək və birlikdə məşq etmək xoşdur".
Qeyd edək ki, Ronaldo bu yaxınlarda İtaliya çempionatında "Sampdoriya"nın qapısına 2 metr 56 santimetr hündürlükdən başla vurduğu qolla gündəmə gəlib.