Ronaldo daha bir rekorda imza atdı

Ronaldo daha bir rekorda imza atdı
 

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Sfera.az xəbər verir ki, "Yuventus”un hücumçusu ötən gün "Bolonya”ya qol vurmaqla İtaliya çempionatında qolların sayını 43-ə çatdırıb.

Bununla da o, İtliyada ən çox qol vurmuş portuqaliyalı futbolçu olub. İndiyədək bu adı 42 qolla Ruy Koşta daşıyırdı. O, 1994-2006-cı illərdə "Fiorentina” və "Milan”da iştirak edib.

 

Qeyd edək ki, "Yuventus” ötən gün "Bolonya”nı 2-0 hesabı ilə məğlub edib.


OXŞAR XƏBƏRLƏR