Ronaldinyo həbsxanada xoşbəxt deyil: \"Çünki orada lüks həyat yoxdur\"

Ronaldinyo həbsxanada xoşbəxt deyil: \

"Ronaldinyo hər zaman təbəssümü, müsbət enerjisi və həyat tərzi ilə seçilib. İndi isə xoşbəxt deyil".

"Report" CNN radiosuna istinadən xəbər verir ki, bu fikirləri Paraqvay millisinin keçmiş futbolçusu Nelson Kuevas Braziliya seçməsinin sabiq üzvü Ronaldinyonun həbsxanadakı vəziyyəti barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, "sambaçı" özünü yaxşı hiss etmir: "İndiki vəziyyətə uyğun olaraq, üzündəki təbəssüm gedib. Çünki heç vaxt öyrəşmədiyi yerdə - həbsxananadır. Orada lüks həyat yoxdur".

Qeyd edək ki, Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon hava limanında saxta pasport təqdim etdikləri üçün martın 5-də Paraqvayda həbs olunublar. Ertəsi gün sabiq futbolçu azadlığa çıxsa da, bir neçə saat sonra baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.

Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib. 


OXŞAR XƏBƏRLƏR