Robotların ümumdünya sammiti keçiriləcək

Robotların ümumdünya sammiti keçiriləcək

Yaponiya hökuməti 2020-ci ildə Robotların ümumdünya sammitini keçirmək niyyətindədir. 

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, sammitin keçirilməsinə məqsəd robototexnika sahəsində aparıcı ideyaları toplamaq və yeni robotların tərtibatı prosesini sürətləndirməkdir.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Sekonun sözlərinə görə, təşkilatçılar ümid edir ki, sammitdə dünyanın ən yaxşı robotları və onların tərtibatları üzrə ən yaxşı ideyalar təqdim ediləcək. Güman edilir ki, tədbir çərçivəsində maşınların sürəti, keyfiyyəti və işin dəqiqliyi ilə bağlı yarışlar keçiriləcək.

Robotlar sammitinin məqsədi məişətdə və sənayedə istifadə olunan bu maşınların yaradılması prosesini sürətləndirmək, həmçinin sosial problemlərin həllinə dəstək olmaqdır. 

Tədbir 2020-ci ildə Tokioda olimpiadaya keçiriləcək həsr olunacaq. Sammitin keçiriləcəyi şəhər hələlik məlum deyil.


OXŞAR XƏBƏRLƏR