Robert Köçəryan yenidən hakim qarşısına çıxarıldı

Robert Köçəryan yenidən hakim qarşısına çıxarıldı
Ermənistanın paytaxtı Yerevanda məhkəmə binası qarşısında ölkənin sabiq prezidenti Robert Köçəryana dəstək aksiyası keçirilir.

Sfera.az TASS-a istinadən xəbər verir ki, piketdə 200-ə yaxın insan iştirak edir.

Aksiyaya səbəb R.Köçəryanın məhkəmə prosesinin bərpa olunmasıdır. Onun cinayət işi üzrə məhkəmə iclası günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, cari il mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

R.Köçəryan ilə yanaşı o dövrdə Ermənistan Müdafiə nazirinin müavini (2017-2018-ci illər arasında KTMT Baş katibi) Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar. /Report


OXŞAR XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını DAŞA BASDILAR: Hadisəni törədən azyaşlılar imiş - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...