Robert Kennidinin 22 yaşlı nəvəsi narkotikdən öldü
16:50 / 02.08.2019
2437
Amerikalı siyasətçi Robert F.Kennidinin 22 yaşlı nəvəsi ölüb.
"Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Sirşa Kennidi Hill aparıldığı xəstəxanada həyatını itirib. Xəstəxana rəsmiləri ölüm səbəbini açıqlamasa da, onun yüksək dozada narkotik səbəbilə öldüyü güman edilir.
Xatırladaq ki, Robet Kennidi də böyük qardaşı, ABŞ-ın keçmiş prezidenti Con Kennidi kimi suiqəsd nəticəsində vəfat edib.