Robert Köçəryan ABŞ-da dəbdəbəli villada yaşayır

Robert Köçəryan ABŞ-da dəbdəbəli villada yaşayır

 

 

Azərbaycan torpaqlarının işğalında böyük rol oynamış, özü bilavasitə dinc soydaşlarımıza qarşı qanlı əməliyyatlarda iştirak etmiş Ermənistanın sabiq prezidenti, terrorçu Robert Köçəryan "demokratiya və ədalət ocağı” ABŞ-da firavan həyat sürür.

Moderator.az-ın verdiyi xəbərə görə, bu barədə "Aykakan Jamanak” erməni nəşri yazıb.

R.Köçəryan Amerika ştatlarından birində dəbdəbəli iqamətgaha yiyələnib. "Köçəryan əsasən ABŞ-da yaşayır. Belə bir fikir var ki, o, Ameikada özünün Ermənistandakı daxili siyasi olaylarla əlaqəsi olmaması rəyini yaratmaq üçün yaşayır. Ancaq Vardan Oskanyanın partiyasının yaradılmasını onun adı ilə bağlayırlar. Köçəryann Viktor Dallakyanın partiyasıyla da müəyyən sazişləri olduğu bildirilir”, - deyə erməni nəşri yazır.

OXŞAR XƏBƏRLƏR