Robert De Niro: “Amerikanı gicbəsər, səfeh idarə edir, vəziyyət çox təhlükəlidir...”

Robert De Niro: “Amerikanı gicbəsər, səfeh idarə edir, vəziyyət çox təhlükəlidir...”
Amerikalı məşhur aktyor Robert De Niro son 10 ildə iyirmidən artıq tammetrajlı filmə çəkilib. Onun həmtəsisçisi olduğu Tribeca Film Festivalı artıq 18-ci ilinə keçib.Aktyor həm də populyar "Saturday Night Live” proqramında Robert Mülleri (Prezident Donald Trampın seçki kampaniyasının Rusiya ilə mümkün işbirliyini araşdıran xüsusi prokuror – red.) oynayır.

Onun Manhettenin mərkəzindəki Bob Rou adlı yerdə, Tribeca Film Mərkəzi yaxınlığında iki şərikli restoranı da var: Nobu və Tribeca Grill.

Oktyabrın 25-də məhz onun həmin bu mərkəzdəki ofisinə içində bomba olan bağlama gəlmişdi. O günlərdə tanınmış demokratlara və prezidentin tənqidçilərinə belə bağlamalar göndərilirdi.

"O qədər başdanxarab adam var ki. Bu qədər pis örnək olan və pis davranış göstərən insanla (prezident nəzərdə tutulur – tərc.) ölkənin vəziyyəti indi çox dəhşətlidir. Mən bu pis yuxunun bitməsini gözləyirəm”, – aktyor "New Yorker” jurnalına müsahibəsində deyir.

"O elə bilir ki, qoçudur. Ancaq o gicbəsərdir. Mən bunu əvvəl də demişəm. Özü də açıq demişəm. Özü də onun başqa adamlar, onların əzvay olması, … haqda dediyi hər şeyi, bütün o pis sözləri – o əslində özü haqda deyir. Mən bilmirəm onun valideynləri ona nə ediblər, onunla necə rəftar ediblər, ancaq bunların hamısı proyeksiyadır”, – o deyir.

Ölkədə Trampı bəyənən çox adam həm də De Nironu sevir. Yaşlı ağdərili kişilər prezident Trampı bəyənirlər. Onlar Trampda Vito Karloeno və Jake LaMotta kimi sərt qəhrəmanlarda gördükləri xüsusiyyətləri axtarırlar. Jurnalın bu haqda sualına aktyor belə cavab verib:

"Burada fərq var. O təmsil etmir. O bunu edirmiş kimi oynamağı xoşlayır. Çox adam onun o səfeh şousuna inanıb onun müəyyən tərzdə davranacağını düşünürdü. Hətta mən bir sənədli filmdə həmin auranı, görkəmi, ofisi, təqdimatı və hər şeyi yaradan iki …yazarın "bunu biz yaratmışıq” deməsini xatırlayıram. İndi isə o, reallığa çevrilib və real qərarlar verməlidir. …Bəli, mənim yaratdığım surətlərlə oxşarlıq var. Ancaq mən aktyoram. Onlar da oynadığım surətlərdir”.

Robert De Niro bir dəfə bir beysbol oyununda Trampla üz-üzə də gəlibmiş. Aktyorun uşaqları ilə gəldiyi yarışda Tramp onun oturduğu yerə gəlib, salamlaşıb və əlini sıxıb. Ancaq aktyor heç vaxt onunla görüşmək istəmədiyini deyir.

"Özəl sektora gedib hüquq şirkətində və s. daha çox pul qazana bilən respublikaçılar bunun əvəzində bu cinayətkarla bir yerdə qalmağı seçib özlərini satırlar. Onunla bir olan hər kəs ləkələnib, insanlar bunu heç vaxt unutmayacaqlar. Təkcə (müdafiə naziri Ceyms) Mattis bir az normal idi, o da o gün Meksika sərhədinə gedib Panço Villa nağılı danışmağa çalışıb (Söhbət 100 il öncə prezident Vilsonun Panço Villa adlı meksikalı inqilabçının qüvvələrini sərhəddə saxlamasından gedir. – tərc.) Mənə pis təsir etdi, çünki ona böyük hörmətim var, hamımızın hörməti var.

…Mən onu qınamıram. Onun getməsi (Mattis vəzifəsindən istefa verib) təhlükəlidir. Bu ölkə böhran içindədir. Ölkəni bir səfeh idarə edir. Mattis kimi bir adam gedirsə, biz çox şeydən narahat olmalıyıq. Mən bizim bu adamla daha iki il necə davam edəcəyimizi təsəvvür etmirəm”.

Müşahidəçilər Robert De Niroya bomba göndərilməsini onun Tony mükafatının təqdimetmə mərasimində Trump haqda işlətdiyi sözlərlə əlaqələndirirlər.

Aktyor bunun planlaşdırılmadan, bədahətən baş verdiyini deyir.

"Məncə, daha çox insan ona qarşı ucadan danışmalı və bu mövzuda nəzakətli olmamalıdır. Mən Tribeca-da dedim ki, bu mövzuda nəzakətli olmaqdan yorulmuşam”, – o deyir. ("Azadlıq” radiosunun xülasəsi)

OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...