Rio-2016: Avarçəkənlərimiz medalsız qaldı

Rio-2016: Avarçəkənlərimiz medalsız qaldı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti yarımfinal yürüşünə çıxıb.

 

Sfera.az xəbər verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla mübarizə aparan cütlük finişə 6 dəqiqə 37,490 saniyəyə çataraq, yürüşü 6-cı sırada tamamlayıb.

Onlar ilk "3-lüy"ə düşə bilmədiklərindən, mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Aleksandrov-Yotov dueti B finalında (7-12-ci yerlər) mübarizə aparacaq.

 

Qeyd edək ki, yürüşün qalibi litvalı Mindauqas Qrişkonis-Saulius Ritter (06:14.610) olub. Sonrakı iki yeri italiyalı Françesko Fossi-Romano Battisti (06:15.240) və fransalı Uqo Buşeron-Matyö Androdias (06:16.150) dueti yeri tutub. Hər 3 cütlük əsas finala yüksəlib. Aleksandr Aleksandrov-Boris Yotov dueti B finalında almaniyalı Marsel Hakker-Ştefan Krüger (06:18.320), serbiyalı Marko Maryanoviç-Andriya Slyukiç (06.27.660), eləcə də digər yarımfinal yürüşündə ilk "3-lüy"ə düşə bilməyən yeni zelandiyalı Robert Menson-Kristofer Harris (06:17.010), avstraliyalı Devid Uotts-Kristofer Morqan (06:19.360) və bolqarıstanlı Georgi Bojilov-Kristian Vasilev (06:47.000) cütlüklərinə rəqib olub. Yürüş 11 avqust saat 15:50-də başlanacaq.

 
 


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...