Riçard Almeyda 3-cü dəfə \"Qarabağ\"da

Riçard Almeyda 3-cü dəfə \
"Qarabağ" Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə 1 illik müqavilə imzalanıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.

Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha öncə 2012-2018 mövsümündə, həmçinin 2019-cu ildə "köhlən atlar"ın şərəfini qoruyub.

Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.
 

 


OXŞAR XƏBƏRLƏR