Reytinq açıqlandı: Yeddi cüdoçumuz Olimpiadaya gedə bilir

Reytinq açıqlandı: Yeddi cüdoçumuz Olimpiadaya gedə bilir
Cüdoçuların reytinq cədvəli açıqlanıb.

Sfera.az xəbər verir ki, kişilərin 60 kq çəki dərəcəsində idmançılarımızın "Böyük Dəbilqə” yarışlarında uğurlu çıxışı onların reytinqdə yüksəlməsinə səbəb olub.

Belə ki, ötən ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş "Böyük Dəbilqə”nin qalibi Davud Məmmədsoy 32-ci yerə qalxıb. Bu ay zədə səbəbindən Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə”də iştirak edə bilməyən Davudun Olimpiadaya getmək şansları yüksəkdir. Çünki onu Olimpiadaya vəsiqə verən yerdən cəmi üç pillə ayırır. Həmçinin Daşkənddə beşinci olmuş Kəramət Hüseynov 38-ci yerə qalxıb. Bu isə hər iki idmançımız arasında Olimpiadayadək ciddi rəqabət olacağı deməkdir.

66 kq-da son Avropa çempionu Orxan Səfərov son iki "Böyük Dəbilqə”də uğursuz çıxış etsə də, indiki durumda Olimpiadaya gedəcək idmançımızdır. Çünki reytinqdə 20-ci idmançıdır. Lakin Orxanın bu çəkidəki yerli rəqibi Nicat Şıxəlizadə 24-cü yerə yüksəlib və ona ciddi rəqabət yaradıb.

73 kq-da yeganə idmançımız Rüstəm Orucov son yarışda bürünc medal qazanmaqla ikinci yerdəki mövqeyini yaxşılaşdırıb. Avropa çempionumuzun Olimpiadada yarışacağı artıq heç kimdə şübhə doğurmur.

81 kq-da vəziyyət hələ ki yaxşı sayıla bilməz. Murad Fətiyev 40-cıdır. Olimpiadaya getmək üçün əsas ümidlərimiz olan Hidayət Heydərov isə son yarışlarda özünü doğrulda bilməyib. O, 71-cidir.

90 kq-da Məmmədəli Mehdiyev də Olimpiadaya lisenziyasını təmin etməkdədir. Son yarışda bürünc medal qazanan Məmmədəli 9-cu yerdədir.

100 kq-da nə Zelim Kostoyev, nə də Elmar Qasımov son yarışda iştirak edib. Bununla belə, hər iki idmançı müvafiq olaraq reytinqdə 10 və 11-cidir. Qarşıdakı yarışlar daha çox bu iki idmançımızdan hansının Olimpiadaya getməsinin müəyyənləşdirilməsi baxımından vacib olacaq.

100 kq-dan artıq çəkidə yarışan Gürcüstan əsilli cüdoçu Uşanqi Kokauri Daşkənddə beşinci yeri tutmaqla reytinqdə vəziyyətini yaxşılaşdırıb. İndi Kokauri 18-cidir və Olimpiadaya gedə bilər.

Qadın cüdosunda isə Aişə Qurbanlı (-48 kq) 27-ci və İrina Kindzerskaya (+78 kq) 2-cidir. İndiki durumda yalnız bu iki qadın cüdoçumuz Olimpiadada iştirak etməyə yaxındır.

Qeyd edək ki, Olimpiadaya kimi Tbilisidə (26-28 mart), Antalyada (1-3 aprel) və Kazanda (5-7 may) "Böyük Dəbilqə” turnirləri, həmçinin Portuqaliyanın paytaxtı Lissabonda Avropa çempionatı (16-18 aprel) keçiriləcək. Bütün bu yarışlar idmançılarımıza Olimpiadaya lisenziya xalları qazandıracaq.

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...