Nailə Balayeva: Fətullah Gülən Əli Həsənova qalstuk bağışlayıb

Nailə Balayeva: Fətullah Gülən Əli Həsənova qalstuk bağışlayıb

"Jurnalist həmkarlarımızdan biri bu gün postunda yazıb ki, az qala Əli Həsənovu FETO-çu da edələr. Mən onu FETO-çu adlandırmayacam . Amma onun vaxtilə Fətullah Gülənlə işbirliyində olması barədə çox etibarlı mənbənin danışdığı əhvalatı yazacam”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Anews.az saytının baş redaktoru, jurnalist Nailə Balayeva özünün sosial şəbəkə hesabında yazıb.


"Demək, bir gün İREX təşkilatının Bakı təmsilçisi bir komik dizaynı olan qalstuk geyərək gedib, Əli Həsənovun yanına. Əli Həsənov da buna sataşansayağı tonda deyib, nə gəşəng qalstukun var . Xarici qonaq tonundan başa düşüb ki, bunu ələ salır . Amma dilindən tutub, qəfil qalxır ayağa və Əli Həsənova qalstukları dəyişməyi təklif edir.

 

Çaşan Əli Həsənov öz qalstukunu qonağa verir və qonağınkını taxır boynuna. Görüşdən sonra xarici qonaq həmin qalstuku ofisdə lazımsız şey kimi divanın üstünə atır. Mənə bu əhvalatı danışan və həmin ofisdə çalışan şəxs deyir ki, qalstukun arxasındakı etiketdə yazılmışdı "Əli Həsənov qardeşimə Fətullah Güləndən yadigar. Belə belə işlər”.

 

Sfera.az-ın araşdırmalarından bəlli olur ki, IREX rəhbəri ilə görüşə gedən şəxs o zaman Irex-də hüquqşünas işləyən Ələsgər Məmmədli olub.

 

Eldar Abbasov adlı facebook istifadəçisi isə həmin qalstukdan birinin də Ramiz Mehdiyevə hədiyyə edildiyini yazıb. Fətullah Gülən tərəfindən Ramiz Mehdiyevə və Əli Həsənova göndərildiyi iddia edilən həmin qalstukun fotosunu təqdim edirik.




 


OXŞAR XƏBƏRLƏR

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...