“Reuters” peyvəndlərdəki inanılmaz defekti üzə çıxardı: Milyonlarla dozalıq vaksin zibil qutusuna atılır

“Reuters” peyvəndlərdəki inanılmaz defekti üzə çıxardı: Milyonlarla dozalıq vaksin zibil qutusuna atılır
"Pfizer” və "BioNTech tərəfindən hazırlanan koronavirus peyvəndi haqqında yeni faktlar ortaya çıxıb.
 
Sfera.az xəbər verir ki, peyvəndin şüşəsinin üçün israfçılığa səbəb olduğu anlaşılıb. Fransa, İsveçrə, Almaniya kimi ölkələrdə milyonlarla dozalıq vaksinin zibilə atıldığı müəyyənləşib. 

Bu barədə "Reuters” məlumat yayıb. 

Məlumata görə, adı çəkilən ölkələrdə 6 dozalıq koronavirus peyvəndlərindən cəmi 5 doza vaksin əldə edilir. Beləliklə, bir çox ölkənin vaksin tapa bilmədiyi bir vaxtda milyonlarla dozalıq peyvənd israf olunur.

"2 doza vaksin üçün 200 min şüşədən çıxan vaksin 600 min insanın peyvəndlənməsi üçün kifayət edər. Ancaq 5 doza çıxarılıb, geri qalanı atıldıqda isə 200 min şüşə peyvənd 500 min nəfərin peyvəndlənməsi deməkdir”.

Qeyd olunur ki, koronavirus üçün bir dəfəlik doza 0.30 ml təşkil edir. Fransa başda olmaqla bir sıra Avropa Birliyi ölkələrində 1 ml-lik şpris olmadığı üçün onlar vaksin şüşəsindən 5 doza çıxarıb geridə qalanı atırlar. Danimarkada eyni şüşədən 6 doza vaksin əldə edilir. Hollandiyalı rəsmilər isə hətta 7 doza vaksin əldə edə bildiklərini açıqlayıblar. 

Jalə Mehdi
Sfera.az





 











OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...