Rəsul Quliyev də feministləri dəstəklədi: “Əxlaqsız, fahişə...”

Rəsul Quliyev də feministləri dəstəklədi: “Əxlaqsız, fahişə...”

"Dünyada hakimiyyəti insan , xüsusilə qadınların haqlarını təmin etməyə məcbur etmiş feminizm hərəkatı nəhayət Azərbaycanada çatmışdır”.

 

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, feminizm praktiki olaraq 1840-cı illərdə  ABŞ-da yaradılıb. 19-cu əsrin axırlarında Avropa ölkələri, xüsusilə Böyük Britaniyada böyük vüsət alıb.

"Nəticədə ölkələrdə 1920-ci illərdə qadınların seçib-seçilmək hüquqları təmin edilib. Feminizmin ikinci mərhələsi 1960, üçüncü mərhələsi 1990-cı illərdə başlayıb və indiyə qədər davam edir. Son illər xüsusilə güclənib. 

Hüquqlarının bərpası üğrunda mübarizədə müxtəlif ölkələrdə minlərlə qadın aktivistləri qətl edilib, bu represiyalar hərəkatın qarşısını ala bilməyib əksinə dahada alovlandırıb. 20-ci əsrin əvvəllərində hakimiyyət və ona yaxın qəzetlərdə gedən materiallar araşdırılsa, feministçilərin, əxlaqsız, fahişə və sairə iyrənc təhqirlərlə rastlaşdığını görərsiniz.  Həmin proses 120 il sonra Azərbaycanda baş verir. 

Eyni qaydada hökumət ruporuna çevrilmiş informasiya vasitələri feministləri təhqir edirlər. Buna baxmayaraq, bu savaşda Azərbaycan feministlərinin qələbə çalacağına heç bir şübhə yoxdur. Çünki tarix bunu təsdiq edir”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...