Restoranlar 10 ayda 1 milyarddan çox qazanıb - Siyahı

Restoranlar 10 ayda 1 milyarddan çox qazanıb - Siyahı

2019-cu ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 1milyard 251 milyon 5 yüz min manat olub.

Sfera.az fed.az-a istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxslərin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 522,8 milyon manat olub.

Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.

Yanvar-sentyabr aylarında isə ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.

Bakıdan sonra gələn Gəncə restoranlarında 9 ayda 28 milyon manat, Sumqayıtda 26,7 milyon manat  dövriyyə olub. Restoran dövriyyəsinə görə sonrakı yerləri Azərbaycanın turizm bölgələri sayılan Xaçmaz və Qəbələ tutur. Xaçmaz restoranları 9 ayda 12,1 milyon, Qəbələ də isə 11,9 milyon manat dövriyyə ediblər.

Azərbaycanda ən böyük restoran dövriyyəsi olan rayonlar bunlardır:

Gəncə şəhəri 28 milyon manat

Sumqayıt şəhəri 26,7 milyon manat

Xaçmaz rayonu 12,1 milyon manat

Qəbələ rayonu 11,9 milyon manat

Bərdə rayonu 11,6 milyon manat

Abşeron rayonu 10,6 milyon manat

Quba rayonu 8,4 milyon manat

Göyçay rayonu 7,6 milyon manat

Tovuz rayonu 7,5 milyon manat

Masallı rayonu 7,3 milyon manat

Lənkəran şəhəri 7,2 milyon manat

Biləsuvar rayonu 7,2 milyon manat

Şamaxı rayonu 6,2 milyon manat

Ağcabədi rayonu 6 milyon manat. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda gümüşün qiyməti 50 manata yaxınlaşır

  Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə ucuzlaşıb. Sfera.az xəbər verir ki, avqustun 11-də qızılın qiyməti avqustun 10-u ilə müqayisədə 18,4535 manat (...

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

  Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza ...

Avqustun 11-də xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 11 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, avqustun 11-d...

Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!

  Kapital Bank əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli kredit aksiyası təqdim edir. Rəsmi gəliri olan hər kəs, aksiya çərç...

“Qarabağ”a qayıdış: neft və qaz ehtiyatının hasilatı istiqamətində yeni dönəm

Azərbaycan daha bir əlamətdar hadisəyə imza atdı: Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkə...

Avqustun 11-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 11.08.2020-ci il ta...