Rəssam Milena Nəbiyeva möhtəşəm əsərlərinin ilham mənbələrini açıqladı - FOTOLAR

Rəssam Milena Nəbiyeva möhtəşəm əsərlərinin ilham mənbələrini açıqladı - FOTOLAR
Rəssam Milena Nəbiyeva "Luxury WoMen Magazine" jurnalının qonağı olub.

Sfera.az xəbər verir ki, tez-tez xeyriyyəçilik məqsədilə sərgilər təşkil edən Milena Nəbiyeva rəssamlığa gəlişində müəlliminin böyük rolu olduğunu bildirib:
 
"Heç ağlıma gəlməzdi ki, nə vaxtsa rəssamlıqla məşğul olaram. "Yunesko”nun üzvüyəm. Fərdi sərgilərim olub. Bunlardan xeyriyyəçiliklə bağlı sərgilər də həyata keçirmişəm. Uşaqlıqdan rəssamlıqla bağlı kurslara gedirdim. Lakin bu çox qısa müddəti əhatə edib. İndiyədək bu peşə mənim daxilimdə olub.
 
Rəssam dostlarım çoxdur. Bir gün dostum və müəllimim Sübhan Məmmədov mənə dedi ki, rəssamlıqla məşğul ol. O mənə, bu peşədə özümü inkişaf etdirməyimi məsləhət gördü. Bununla da qabların üzərində işləməyə başladım. Eyni zamanda mebellər, kətan tabloların üzərində işləyirəm. Bu Türkiyədə çox tələbatlı sahədir və oradan sifariş edilərək brend halına çevrilməsini istədilər. 2014-cü ildə bu brend altında hazırlamağa başladım”. 
 
Gənc rəssam gördüyü bir çox şeyin ona ilham verdiyini deyib:

"İlham birdən gələ biləcək bir şeydir. Həmin anda çalışmalısınız, çünki ideya bir növ obraz, fikir və ya hekayə olaraq ağlınıza gəlsə, dərhal təcəssüm etdirməlisiniz. Çantamda həmişə dəftər və qələm daşıyıram. Tutaq ki, yolda bir fikirə gedən qadın və ya ağacın üstündə oturan quş görə bilərəm. Bunlar hamısı mənə bir ideya verə bilər. İnsan həyatı sevəndə onu olduğu kimi qəbul etsə, daima ilham alacaq. İşimdən çox zövq alıram. Həyatımın ikinci hissəsi kimidir. Həyatda çətin və ya kədərli anlar olduqda işə gəlirəm və işləyəndə neqativ düşüncələr arxa plana keçir”.

Milena Nəbiyeva motivasiya aldığı məqamları da bölüşüb: 
 
"Parlaq rənglər, xoş xatirələr haqqında düşünürəm. Bütün bunlar həm də işim üçün motivasiya verir. Ümumiyyətlə, çox yerdən motivasiya almaq olar. Ətrafımızda o qədər gözəl və maraqlı və şeylər var ki… Müsbət  enerji almaq lazımdır. Müsbət enerjili filmlər və proqramlar izləyin. Maraqlı kitablar oxuyun, muzeylərə gedin, onda çoxlu gözəl motivasiya qazanacaqsınız”.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...